Feedback List
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Bütün Rəylər
Rəy Əlavə Etmək
Rəy bildirmə üzrə qaydalar
Qaydalar
- Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
- Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
- Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
- Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
- Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
- Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Bal
+1
Təsdiqlənib
23.09.16 ci il tarixində Standart sığortada sığortalı 10-AA-825 d.q.n-li avtomobil 99-DO-782 d.q.n-li avtomobili vurmuşdur. O vaxtdan əsassız süründürməçilik və sənədlərin qəsdən itirilməsi ilə müşayət olunan süründürməçiliklərlə bu qədər müddətdir sığorta ödənişini vermirlər. Çox danışıqlardan sonra başa düşdük ki, bunlar bizi süründürür və məhkəməyə müraciət etdik. Məhkəmədə başqa sübut tapmadıqlarından dedilər ki, 1 il əvvəl qəza olan maşına baxmaq istəyirik. Maşın düzəlmişdi təbii ki, o zaman ekspertiza təyin olundu və 28 fevralda Nəsimi rayon məhkəməsi qətnamə çıxardı ki, 5000 AZn ödənilsin. Hələdə bizə ödəniş barədə məlumat vermirlər. Bunun adı sadəcə müştərini süründürməkdir.
İlkin İbrahimov
Standard Insurance
23:32 05.04.2018
id : 83