Şirkətlər üzrə rəylər

Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.

Dövlət Sığorta Şirkəti

Dövlət Sığorta Şirkəti

star +1

Mövzu: Süründürməçilik

Salam. Mən Fərid Ağayev 27 dekabr 2018-ci il tarixində mənə məxsus Niva markalı 99-XM-053 DQN-lı maşınım Dövlət Sığorta Şirkətində sığortalanmış 10-LX-757 DQN-lı maşın tərəfindən vurulub. Hadisədən sonra sığorta şirkətinin Saatlı rayonunda yerləşən filial əməkdaşları gəlib zərəri qiymətləndirib və zərərin 1800 AZN olduğu müəyyən edilib. Daha sonra sənədlərin sığorta şirkətinin baş ofisinə təqdim edildiyi bildirilib. Ancaq həmin vaxtdan sonra nə sığorta ödənişini ala bilmişəm, nə də şirkətlə hər hansı bir əlaqə saxlaya bilmişəm. Filial əməkdaşları hər dəfə baş ofisdən cavab gəlmədiyini qeyd edirlər. Yaranmış süründürməçi haldan şikayətçiyəm və şikayətimə baxılmasa digər qurumlara şikayət edəcəm.

Status : Təsdiqlənib

date

15:26 20.02.2019

Dövlət Sığorta Şirkəti

Sizin 20 fevral 2019-cu il tarixli məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş Ağayev Fərif Güloğlan oğluna məxsus VAZ 21214 markalı, AZ 99 XM 053 dövlət nömrə nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi ilə əlaqədar 585 ( beş yüz səksən beş ) manat səğorta ödənişi hesablanmış və 25 fevral 2019-cu il tarixli CML-2481 saylı sərəncamla təsdiq edilmişdir. Hesablanmış 585 ( beş yüz səksən beş ) manat sığorta ödənişi məbləğinə VAZ 21214 markalı, AZ 99 XM 053 dövlət nömrə nişanlı avtomobilin tam təmir oluması mümkündür.

date

2019-03-06 11:46:58