Şirkətlər üzrə rəylər

Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.

Atəşgah Sığorta

Atəşgah Sığorta

star +1

Mövzu: Yardım

Salam.Deməli, mən Mehdiyev Hikmət Sabir oğlu İsmayıllı rayonunda yaşayıram.Mənə məxsus VAZ 2112 31BC 290 dövlət qeydiyyat nişanlı avtomobili M.Müşfüq küçəsində saxlamışam.Bir neçə müddətdən sonra maşına yaxınlaşanda gördüm ki, avtomobilim qarşıda dayanmış VAZ2107 markalı, 55 BJ 061 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadına dəymiş və maşın sönməyərək qarşıdayı maşına güc gələrək yerində eşib onu irəli itələyərək arxa sağ qanadını da zədələmişdir.Mən dərhal Atəşgah sığorta şirkətinə yol polisinə məlumat vermişəm.Şığorta şirkətinin nümayəndəsi müvafiq məsləhətləşmələr apardıqdan sora bu işə mən maşının içində olmadığıma görə heç bir ödəniş düşməyəcəyini bildirdi.Burdan belə çıxır ki, mən maşının içində olmalıydım,vurub kimisə bədbəxt etməliydim,özüm də bir neçə il əziyyət çəkməli idim.Onda mən 10 il boş yerə ödəniş etmişəm.Qarşı tərəf də məndən maşınının düzəltdirməyimi tələb edir.Odur ki,Sizdən xahiş edirəm mənə bu məsələdə müvafiq hüquqi yardım göstərəsiniz.Hörmətlə Mehdiyev Hikmət. telefon: 0558230867

Status : Yoxlanılır

date

15:16 27.11.2018

Atəşgah Sığorta

Hər vaxtınız xeyir! Qeyd olunan şikayətlə bağlı vətəndaşla əlaqə saxlanıldı. Sığorta hadisəsinin qeydə alınması ilə bağlı DYP - dən müvaviq sənədlər təqdim olunduqdan sonra Şirkət tərəfindən araşdırma aparılacaq və araşdırma sonu olaraq, növbəti addımlar atılacaq.

date

2018-12-03 15:07:29