Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Standard Insurance
Mövzu: Dəymiş ziyanın pulu siğortalıya geciktirilir
Şikayət Hörmətli ASA Yazıb sizə bildirmək istəyirəmki mənə məxsus 90 FV 937 dövlət nömrə nişanlı Saipa Tiba avtomaşının,yol qəzası nəticəsində ziyan dəymişdi . Böyük təhsüf hissiylə sizə bildirirəm ki,adı gedən yol hərəkəti hadisəsi 04 Sentyabr 2018ci ildə baş vermişdi,Azərbəycan Respublikasının Qanunlarına və Yol Hərəkəti qanunlarına əsasən mən tam haqlı və yol hərəkəti pozuntusunu etmədiyim üçün belə qərar qəbul olundu ki,mən yol hərəkətini pozmamışam və mənim avtomaşınma dəyən zərəri əks avtomaşının siğortası ödəməlidir. Mən lazım olan sənədlərin tam toplusunu təqdim etmişəm,lakin buna baxmayaraq bu günə kimi mənim hesabıma müxtəlif bəhanələr qətirərək ödəniş olunmur. Bunu nəzərə alaraq sizdən xahiş edirəm adı gedən sigorta şirkətinə təziq göstərəsiniz ki,mənim avtomaşınma dəymiş zərəri ödəsinlər. PS. bu məktubun nüsxələri President Aparatına,və Maliyə Bazarlarına Nəzarət Palatasına göndəriləcək Hörmətlə
Status : Həll edilib
15:06 10.10.2018
Standard Insurance
Salam, 04.09.2018-ci il tarixində ``Standard Insurance`` Sığorta Şirkətində icbari qaydada sığortalanmış Mercedes Benz markalı 90FB945 d.n.n. avtomobil Sumqayıt şəhəri ərazisində YNH törətmişdir. Hadisə yerinə dərhal əməkdaşımız ezam olunmuşdur,avtomobillərin şəkilləri çəkilmişdir. Daha sonra çəkilmiş fotoşəkillər əsasında qiymətləndirmə aparılaraq avtomobilə dəymiş zərər üzrə 830 AZN məbləğində qiymətləndirilmiş və müştəri həmin məbləğlə razı qalmışdır.Lakin sığorta ödənişinin verilməsi üçün zərərçəkən Əhmədov Tural Ağayar oğlunun həmin avtomobilə dair etibarnaməsinin vaxtı bitdiyinə görə mümkün olmamışdır. 08.10.2018-ci il tarixində zərərçəkən yeni etibarnamə təqdim etmişdir.Həmin gün sənədləşmə yekunlaşdırılımışdır rəhbərliyin imzasına təqdim edilmişdir. Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirəmki İcbari Sığortalar Haqqında qanunun 18-ci maddəsinə uyğun olaraq sığorta ödənişi sonuncu sənəd daxil olduqdan sonra 7 iş günü ərzində həyata keçirilir. Sonuncu sənəd 08.10.2018-ci il tarixində təqdim edilib. 11.10.18 tarixində isə ödəniş həyata keçirilib.
2018-10-31 15:36:00
Portal administratoru
Hörmətli müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Qeyd olunan məsələ ilə bağlı şirkətin qərarını əsaslı qəbul edərək -3 balınızı 0 bal olaraq qəbul edirik. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası
2018-10-31 15:36:00