Şirkətlər üzrə rəylər

Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.

PAŞA Sığorta

PAŞA Sığorta

star +3

Mövzu: deymis zerere gore odenis

Salam, Paşa sığortada sığortalı olan avtomobil qəza edib. Günahkar Paşa sığortada sığortalı olan şəxsdi. Paşa sığorta qarşı tərəfə ödəniş etmir ki avtomobilin sahibi gəlsin. Qarşı tərəf avtomobili etibarnamə ilə idarə edir. Sahibi isə xarici ölkədədi. Qarşı tərəfə ödəniş edilməməsinə səbəb kimi etibarnamə ilə idarə edirsən deyə problem qoyula bilərmi?

Status : Təsdiqlənib

date

19:45 15.01.2018

PAŞA Sığorta

Hörmətli müştəri! Qeyd edilən şikayət ilə bağlı məlumat verim ki, avtonəqliyyat vasitəsinin sahibi sığorta ödənişini əldə etmək istəyən şəxsə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Şikayətçi sığorta ödənişini əldə etmək üçün yalnız Baş etibarnamə təqdim etməlidir. Əgər mülkiyyətçi xaricdədirsə xarici notarius vasitəsi ilə də Baş etibarnamə və ödənişi əldə etmək hüququ verə bilər. Hörmətlə, Paşa Sığorta

date

2018-01-22 11:55:39