preloader gif

“PAŞA Həyat” üçüncü rüb üzrə maliyyə nəticələrini açıqladı


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri
08:55 29.10.2020

Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2020-ci ilin 3-cü rübü üzrə beynəlxalq standartlara uyğun maliyyə nəticələrini ictimaiyyətə açıqlayıb.

PAŞA Həyat sığorta yığımlarına görə bütün sığorta bazarında yenə də birinci yerdə qərarlaşıb. 2020-ci ilin yarımillik nəticələrinə görə PAŞA Həyat topladığı sığorta haqlarının və etdiyi sığorta ödənişlərinin həcmini artırıb. Pandemiya dövrünə baxmayaraq şirkət inamlı olaraq maliyyə bazarında fəaliyyət göstərir.

Belə ki,  ötən ilin eyni dövrü ilə müqayisədə yığılmış sığorta haqları 18% artaraq 194 mln. AZN, sığorta ödənişləri isə 2 dəfədən çox artaraq 153 mln. AZN təşkil edib. Digər tərəfdən, ödənişlərin ikiqat artmasına baxmayaraq PAŞA Həyat-ın xalis mənfəəti keçən ilin həmin dövrü ilə müqayisədə yarım faiz artaraq 16.7 mln. təşkil edib. AZN təşkil edib. Şirkətin investisiya fəaliyyətindən əldə etdiyi gəlir isə 20 mln. AZN-ə qədər artıb.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET