"Застрахованный Баку" от Pasha Sığorta
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
SIĞORTALI ŞƏHƏRDƏ KOMFORTLU HƏYAT
Şəhərimiz bizim böyük evimizdir. Hər kəsin Bakıda xoşbəxt yaşamaq, illərdir qazandığı evinin, bağının, biznes obyektinin xeyrini görmə haqqı var. Baş verə biləcək hər hansı bədbəxt hadisəni öncədən görmək çox çətindir, lakin onun fəsadlarını aradan qaldırmaq sosial bir vəzifədir. Yıxılanı ayağa qaldırmaq, ehtiyacı olana kömək etmək və təəssübkeşlik hər bir azərbaycanlnın sahib olduğu dəyərlərdəndir.
PAŞA Sığorta məhz bu dəyərləri əsas götürərək, bütün Bakı sakinlərini öz əmlaklarını sığortalamağa səsləyir.
Sığortalı Bakı layihəsi çərçivəsində Daşınmaz Əmlakın İcbari Sığortası
Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Əmlakınızı nə üçün sığortalamalısınız?
Daşqın, yanğın, sel, xüsusi ilə də (respublikanın tektonik zonada yerləşməsi üzündən) zəlzələ, yer sürüşməsi, yanğın ,ildırım düşməsi və digər fəlakətlər Azərbaycanda nadir rast gəlinən hallar deyil. Bu kimi yüksək zərərli hadisələrdən sığortalana bilməniz üçün əmlakınızı icbarı sığorta etməniz çox vacibdir, çünki həyatda sahib olduğunuz maddi sərvətlərin sırasında ən önəmli yerlərdən birini daşınmaz əmlak tutur.
Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri, şərtsiz azadolma və sığorta haqları
Bakı şəhərində yerləşən daşınmaz əmlaklar (yaşayış sahələri) üçün sığorta şərtləri aşağıdakı kimidir:
Sığorta haqqı: 50 AZN |
Sığorta müddəti: 1 il |
Təminat məbləği: 25 000 AZN şərtsiz azadolma məbləği istisna olmaqla |
Şərtsiz Azadolma məbləği: 250 AZN |
Daşınmaz əmlakın icbari sığortası sizi nədən sığortalayır?
Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:
• Yanğın, ildırım düşməsi;
• Məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
• Elektrik naqillərində baş verən qısa qapanma;
• Buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və cihazların partlayışı;
• Su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, subasma;
• Hər hansı predmetin və onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması;
• Yerüstü nəqliyat vasitəsinin dəyməsi;
• Təbii fəlakətlər: zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, yer sürüşməsi, leysan;
• Üçüncü şəxsin hərəkətləri.
PAŞA Sığortada sığortalanmağın üstünlükləri:
- Zərər məbləğin tez bir zamanda ödənməsi;
- 24 saat ərzində müştəri xidmətinin təminatı;
- Ölkəmizin güvənli və lider sığorta şirkəti
Daşınmaz Əmlakın sığortası ilə bağlı qanun
Daşınmaz Əmlakın icbari sığortası “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin II fəslində nəzərdə tutulmuşdur.
Ø «İcbari Sığortalar haqqında» Qanunun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir(məcburidir).
Ø Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2014-cü il tarixli Fərmanına əsasən «Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə»yə müvafiq dəyişikliklər edilmişdir və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mənzillərin icbari qaydada sığortalanmasına nəzarət Yerli İcra Hakimiyyətinə həvalə olunmuşdur.
Ø Azərbaycan Respublikasının qanunvericili ilə icazə verilməyən yerlərdə inşa edilmiş, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi, sığorta hadisəsi hesab olunmur:
- Sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;
- Sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tədbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;
- Hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;
- Qrunt sularının səviyəsinin dəyişməsi;
- Suyun borulardan və ya rezervuarlardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması
Qanun pozuntusu zamanı tətbiq edilən cərimələr
İcbari sığorta müqaviləsinin bağlanmaması qanun pozuntusu hesab olunur və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253-1-ci maddəsinə əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və müvafiq icbari sığorta müqaviləsini bağlamamış (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti və istehsalatda bədbəxt hadisələr istisna olmaqla) şəxslər cərimə edilir.
• Fiziki şəxslər- 10 AZN
• Vəzifəli şəxslər - 60–80 AZN
• Hüquqi şəxslər- 200 AZN
Sığortalı Bakı layihəsi ilə yanaşı aşağıda qeyd olunan bölgələrimizdə də əmlakınızın icbarı sığortasını etdirə bilərsiniz:
- Gəncə şəhəri
İcbari sığorta haqqı: 40 AZN
Sığorta müddəti: 1 il
Təminat məbləği: 20 000 AZN
Şərtsiz azadolma məbləği: 200 AZN
- Quba şəhəri
İcbari sığorta haqqı: 30 AZN
Sığorta müddəti: 1 il
Təminat məbləği: 15 000 AZN
Şərtsiz azadolma məbləği: 150 AZN
- Xaçmaz şəhəri
İcbari sığorta haqqı: 30 AZN
Sığorta müddəti: 1 il
Təminat məbləği: 15 000 AZN
Şərtsiz azadolma məbləği: 150 AZN
- Göyçay şəhəri
İcbari sığorta haqqı: 30 AZN
Sığorta müddəti: 1 il
Təminat məbləği: 15 000 AZN
Şərtsiz azadolma məbləği: 150 AZN
- Zaqatala şəhəri
İcbari sığorta haqqı: 30 AZN
Sığorta müddəti: 1 il
Təminat məbləği: 15 000 AZN
Şərtsiz azadolma məbləği: 150 AZN
- Lənkəran şəhəri
İcbari sığorta haqqı: 30 AZN
Sığorta müddəti: 1 il
Təminat məbləği: 15 000 AZN
Şərtsiz azadolma məbləği: 150 AZN