На этой странице вы можете увидеть отзывы, оставленные о различных страховых компаниях. Также вы можете поставить оценку
и оставить комментарий.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Standard Insurance
Тема: imtina
Müqaviləyə əsasən sığortalanmış avtomobil Həsənov Hafis Tofiq oğluna məxsusdur və Hüseynov Elçin Tahir oğlu tərəfindən idarə edilərkən 09.12.2017-cı il tarixdə qəzaya uğramışdır. Hadisə gecə saat 03.30 radələrində baş vermişdir.Avtomobilimin kasko sığortasının aid olduğu Standard İnsurance Sığorta Şirkətinə müraciət elədim. Sığorta şirkətinin hadisələr üzrə əməkdaşı hava şəraitinin qarlı olduğuna görə hadisə yerinə gələ bilməyəcəyini dedi və mənə telefon vasitəsilə hadisəni qeydə alıb, Dövlət Yol Polisinə xəbər verməyimi tələb elədi.Mən Dövlət Yol Polisinə xəbər verdim və hadisə yerinə Yol polisi əməkdaşı gəldi.İlk növbədə bizim xəsarət alıb almadığımızı dəqiqləşdirəndən sonra mənim hadisə vaxtı spirtli içkili olub olmadığımı təyin etmək üçün xəstəxanaya yollandıq.Növbəti gün avtomobili evakuator vasitəsilə hadisə yerindən götürüb Hafis müəllimə məxsus olan həyət evində yerləşdirdik. Hadisə ilə bağlı avtomobilin kasko sığortasının aid olduğu Standard İnsurance Sığorta Şirkətinə də məlumat verməyimizə baxmayaraq artıq 4 aydır ki mənə sığorta ödənişi ilə bağlı konkret cavab verilmir. Standard İnsurance şirkətinə rəhbərlik edən Anar Sadixovla dəfələrlə görüşmüşəm və bu görüşlər nəticəsiz qalıb. Mənim avtomobilimin qalıq dəyərini belə öz xeyirlərinə hesablatdırıb az qiymət yazıblar.Standard İnsurance Sığorta şirkəti müvafiq hadisə ilə əlaqədar bütün hüquq- mühafizə orqanlarına məktub yazıblar və mənə şirkət tərəfindən mənə verilən axırıncı məlumat bu olub ki, yazılan məktublara cavab gəldikdən sonra ödəniş təmin olunacaq. Lakin 02.04.2018-ci il tarixdə həmin məktublara cavab gəlməsinə baxmayaraq mənim hələ də ödənişim verilməyib. Qeyd edim ki, hüquq mühafizə orqanlarından bildirilən cavablarda ödənişin verilməməsi üçün heç bir əsas yoxdur. Mən hadisə ilə əlaqədar sığorta şirkətinin tələb etdiyi hər bir sənədi vaxtlı vaxtında təqdim etmişəm və əsassız üsullarla mənim ödənişimi gecikdirirlər. Hal-hazırda qarşılaşdığım bu ədalətsizliklə əlaqədar Sizdən köməklik etməyinizi xahiş edirəm.
Статус : Подтверждено
19:00 04.04.2018