Отзывы по компаниям

На этой странице вы можете увидеть отзывы, оставленные о различных страховых компаниях. Также вы можете поставить оценку
и оставить комментарий.

Standard Insurance

Standard Insurance

star +1

Тема: Özbaşnalıq

Salam Hörmətli, Sizdən xahiş edirəm ki, Standart sığorta ilə bağlı problemimin həllində mənə köməklik göstərəsiniz. Belə ki, 10.12.2019-cu il tarixində səhər saat 10:00 radələrində mənə aid olan Nissan XTrail markalı avtomobil Standart sığorta tərəfindən sığortalanmış LX markalı avtomobil tərəfindən dayanmış vəziyyətdə arxadan vurulub. Həmin avtomobilin sığortalandığı Standart sığortanın əməkdaşı və idarə heyyəti mənim avtomobilimə dəymiş ziyanı düzgün qiymətləndirmir. Belə ki, Nissan servis mərkəzində mənim avtomobilimə dəymiş ziyan 2108 manat dəyərində hesablanıb və bu haqda mənə rəsmi sənəd verilib. Lakin adı çəkilən sığorta şirkəti mənə cəmi 545 manat pul ayırır. Mən etirazımı bildirdikdə həmin şirkətin əməkdaşı Teymur Səfərov bu haqda hansı instansiyaya şikayət ediriksə edək “Get kimə şikayət edirsənsə et!” təbirində cümlələr quraraq buna məhəl qoymayacağını sərgiləyir. Həmin şəxs tutduğu vəzifədən istifadə edərək məmur özbaşınalığına yol verir. Buradan da onun çalışdığı şirkətin siyasətinin vətəndaşların mənafeyinə xidmət etməməsi ortaya çıxır.

Статус : Подтверждено

date

22:02 27.12.2019