Отзывы по компаниям

На этой странице вы можете увидеть отзывы, оставленные о различных страховых компаниях. Также вы можете поставить оценку
и оставить комментарий.

PAŞA Həyat Sığorta

PAŞA Həyat Sığorta

star +3

Тема: sığorta məbləğinin az hesablanması

Mənim ərim Əliyev Əsəd Şamayıl oğlu 02 sentyabr 2018-ci il tarixində istehsalatda baş vermiş qəza nəticəsində ölmüşdür.O, 1984-cü ildə Sabunçu rayon Qazaparatında işləmişdir.Bir il orada işlədikdən sonra 1985-ci ildə Tağıyev adına NQCI də fəhlə kimi işləmişdir.1999-cu ildən etibarən orada usta vəzifəsini icra etməyə başlamış və öldüyü günə qədər həmin vəzifədə işləmişdir. İstehsalatda baş vermiş qəza nəticəsində ölüm faktı müəyyənləşdirildikdə ölmüş şəxsin ailə üzvlərinə sığorta ödənişləri verilir və bu “PAŞA Həyat” Sığorta tərəfindən həyata keçirilir. Lakin zərərçəkmişin 35 il həmin işdə işləməsinə baxmayaraq mənə bugünədək yalnız 18.12.2018-ci il tarixində 13091 (on üç min doxsan bir) manat məbləğində sığorta ödənişləri verilmişdir. Lakin qeyd edilən sığorta məbləğinin hansı əmsallarla hesablanması barədə nə Tağıyev adına NQCI tərəfindən, nə də ki “PAŞA Həyat” Sığorta tərəfindən məlumat verilməmişdir. Halbuki Azneft” İB tərəfindən mənə təqdim edilmiş “Əsəd Şamayıl oğlu Əliyevə aid sığorta müqaviləsi məlumatları”nda sığorta məbləği çox yüksək göstərilmişdir. Hesab edirəm ki, “PAŞA Həyat” Sığorta tərəfindən mənə ödəniləsi məbləğ dəfələrlə azaldılaraq (düzgün hesablanmayaraq) verilmişdir.

Статус : Подтверждено

date

15:33 12.02.2019

Администратор портала

Hörmətli Müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Lakin rəy öz təsdiqini tapmadığı üçün, reytinq balını +3 olaraq deyil, 0 olaraq qəbul edirik. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası

date

2019-03-06 11:40:40