Отзывы по компаниям

На этой странице вы можете увидеть отзывы, оставленные о различных страховых компаниях. Также вы можете поставить оценку
и оставить комментарий.

A-Group Sığorta

A-Group Sığorta

star +3

Тема: Mətanət xanıma Təşəkkür məktubu

İlk öncə A-Group ailəsinə öz adınmdan və ailəmin adından dərin təşəkkürümü bildirərək, qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə təbrik edirəm. Sizə və A-Group ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik, yeni nailiyyətlər və firavanlıq arzu edirəm. Ayrıça təşəkkürümü Mətanət xanıma bildirmək istəyirəm. Mətanət xanım ən xoş və ən gözəl sözlərə layiqdir. Mən Mətanət xanımla tanış deyiləm (telefon danışıqlarım istisna olmaqla) amma onun işə yanaşması, insanlara davranışı, istiqanlığı və mehribanlığı onun çox gözəl insan olduğunu və işində məsuliyyətli və peşəkar olduğunu bildirir. Mən ümid edirəm ki, Sizin və A-Group rəhbərliyi tərəfindən mənim Mətanət xanımın ünvanına söylənən bütün gözəl sözlər qiymətləndiriləcəkdir və Mətanət xanımı A-Group ailəsində ilin adamı elan edilməsini sizdən xahiş edirəm.

Статус : Подтверждено

date

11:45 27.12.2018

Администратор портала

Hörmətli Müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Lakin rəy öz təsdiqini tapmadığı üçün, reytinq balını +3 olaraq deyil, 0 olaraq qəbul edirik. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası

date

2019-01-07 15:12:31