На этой странице вы можете увидеть отзывы, оставленные о различных страховых компаниях. Также вы можете поставить оценку
и оставить комментарий.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
PAŞA Sığorta
Тема: Ödəniş barədə
Salam. Noyabr ayının 20-si 30-u tarixi aralığında (təəssüf ki, dəqiq tarixi unutmuşam) sığorta agenti mənə zəng edərək Paşa Sığorta şirkəti üzrə avtomobil sığortası təklif etdi. Mən təklifi qəbul etdim və kuryer vasitəsi ilə 106 manat ödəniş etdim. Mənə Paşa Sığortanın stikerini təqdim etdilər. Lakin hazırki tarixədək onlar tərəfindən ödəniş sistemə işlənmədiyi üçün demək olar ki, hər iki gündən bir mənə SMS ilə ödəniş kodu göndərilir. Həmin agentin əlaqə nömrəsini səhvən saxlamadığım üçün məsələni araşdıra bilmirəm. Sonuncu təqdim edilmiş kod: 270841602773-dür. Xahiş edirəm bu kod vasitəsi ilə həmin agenti müəyyən edib əlaqə nömrəsini mənə bildirəsiniz və ya məsələni özünüz agentlə həll edəsiniz. Eyni zamanda, məsələ ilə əlaqədar 04.12.2018-ci il tarixdə Paşa Sığorta ilə əlaqə saxladım (0512505975), lakin agentin müəyyən edilməsinin mümkün olmadığı bildirildi və agentin həmin ödənişi sistemə daxil edəcəyi qeyri-müəyyən müddətədək gözləmək mənə tövsiyə olundu. Bununla yanaşı mənə bildirildi ki, agent mənim seçdiyim şığorta şirkətini (Paşa Sığorta) öz mülahizəsi əsasında dəyişdirə bilər. Yaranmış qeyri-müəyyənlik ciddi narahatlıq doğurur. Eyni hal ilə böyük ehtimalla bir çox nəqliyyat vasitəsi sahibləri qarşılaşır. Xahiş edirəm məsələnin yalnız mənə münasibətdə deyil, inzibatçılığı təkmilləşdirərək ümumilikdə həllinə kömək göstərəsiniz. Xahiş edirəm müraciətimə baxılmanın nəticəsi barədə mənə məlumat verəsiniz. Hörmətlə, Fərid Əliyev
Статус : Подтверждено
18:26 05.12.2018