Feedback List
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Bal
+3
Həll edilib
Standard Insurance
Salam, 04.09.2018-ci il tarixində ``Standard Insurance`` Sığorta Şirkətində icbari qaydada sığortalanmış Mercedes Benz markalı 90FB945 d.n.n. avtomobil Sumqayıt şəhəri ərazisində YNH törətmişdir. Hadisə yerinə dərhal əməkdaşımız ezam olunmuşdur,avtomobillərin şəkilləri çəkilmişdir. Daha sonra çəkilmiş fotoşəkillər əsasında qiymətləndirmə aparılaraq avtomobilə dəymiş zərər üzrə 830 AZN məbləğində qiymətləndirilmiş və müştəri həmin məbləğlə razı qalmışdır.Lakin sığorta ödənişinin verilməsi üçün zərərçəkən Əhmədov Tural Ağayar oğlunun həmin avtomobilə dair etibarnaməsinin vaxtı bitdiyinə görə mümkün olmamışdır. 08.10.2018-ci il tarixində zərərçəkən yeni etibarnamə təqdim etmişdir.Həmin gün sənədləşmə yekunlaşdırılımışdır rəhbərliyin imzasına təqdim edilmişdir. Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirəmki İcbari Sığortalar Haqqında qanunun 18-ci maddəsinə uyğun olaraq sığorta ödənişi sonuncu sənəd daxil olduqdan sonra 7 iş günü ərzində həyata keçirilir. Sonuncu sənəd 08.10.2018-ci il tarixində təqdim edilib. 11.10.18 tarixində isə ödəniş həyata keçirilib.
2018-10-31 15:36:00
Portal administratoru
Hörmətli müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Qeyd olunan məsələ ilə bağlı şirkətin qərarını əsaslı qəbul edərək -3 balınızı 0 bal olaraq qəbul edirik. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası
2018-10-31 15:36:00