preloader gif

"Günay Sığorta"nın mənfəəti artıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı, gunay sigorta, günay sığorta
12:57 14.08.2020

"Günay Sığorta" ASC bu ilin 1-ci yarısını 630 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 439 min manat mənfəətlə çıxmışdı.

2020-ci ilin anvar-iyun aylarında "Günay Sığorta"nın gəlirləri 4 milyon 712 min  manat (illik müqayisədə 56,45% çox), xərcləri 3 milyon 925 min manat (52,55% çox), mənfəət vergisi ödəmələri isə 157 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il iyulun 1-nə "Günay Sığorta"nın aktivləri 14 milyon 479 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,45% çoxdur.

Hesabat dövründə şirkətin öhdəlikləri 25% artaraq 4 milyon 977 min manata, balans kapitalı isə 2,1% artaraq 8 milyon 502 min manata çatıb.

Mənbə: Renkinq.az