preloader gif

Tovuzda şəhid olanlara görə sığorta ödənişi nə vaxt veriləcək? - “Azərsığorta”dan AÇIQLAMA


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
11:27 17.07.2020

“İyulun 12-dən başlayaraq, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində erməni təxribatı nəticəsində həlak olan hərbi qulluqçuların ailələrinə sığorta ödənişi veriləcək”. 

Bunu “MediaPost”a açıqlamasında “Azərsığorta” şirkətinin sədr müavini Aftandil Hacıyev deyib. Onun sözlərinə görə, rütbəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçu üzrə sığorta ödənişinin məbləği 11 min manat nəzərdə tutulub. Sığorta ödənişini həlak olan hərbçinin vərəsələri əldə edə bilərlər: 

“Şəhid olan hərbçi subaydırsa valideynləri, ailəlidirsə, həyat yoldaşı və övladlarının vərəsəliyini təsdiqləyən sənəd təqdim edilməlidir. Vərəsəliyin təyin edilməsi notariusun verdiyi qərardan asılıdır. Bundan sonra şəhid ailəsinə sığorta ödənişi təyin ediləcək”. 

Qeyd edək ki, iyul ayının 12-dən etibarən, Tovuz istiqamətində Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycan ordusunun 12 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəf yüzə yaxın hərbi qulluqçusunu itirib.

 MediaPost.az