preloader gif

Ölkənin sığorta sektorunda son 3 ayda işçi ixtisarları olub


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
09:32 11.09.2020

Azərbaycanda qeyri-dövlət sektorunda sığorta, təkrar sığorta sahəsində çalışan işçilərin sayı son rübdə azalıb. Bu barədə Banker.az-ın əldə etdiyi rəsmi (DSK) məlumatda bildirilir.

Məlumata görə, ölkədə 1 iyul 2020-ci il tarixinə özəl sığorta sahəsində çalışan işçilərin sayı 2 731 nəfər olmuşdur. Bu isə düz 3 ay əvvəl, 1 aprel 2020-ci il tarixdə 2 903 nəfər idi. Lakin, illik müqayisədə özəl sektor üzrə işçilərin sayı 3.1 faiz artıb. Öncəki ilin 1 iyulunda özəl sığortada çalışanların sayı 2 650 nəfər idi.

Həmin sektorda işçilərinin sayı son üç ayda azalsa da, orta aylıq əmək haqları artaraq 1 677 manata yüksəlib. Bu 3 ay öncə 1 403 manat idi, yəni, 274 manat artım müşahidə edilib.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET