preloader gif

AZAL Bakı-İstanbul-Bakı reysinə baqajsız bilet satmağa başlayıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
11:04 08.09.2022

"Azərbaycan Hava Yolları" QSC (AZAL) pilot layihə çərçivəsində Bakıdan Türkiyənin İstanbul şəhərinə və əks istiqamətdə həyata keçirdiyi reyslərə baqajsız bilet satmağa başlayıb.

Fins.az bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, onlayn aviabilet bron edənlər daha sərfəli “Economy Lite” tarifini seçə bilərlər. Bura yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir. Əgər baqaj lazım olsa, sərnişin onu onlayn “Rezervasiyanın idarə edilməsi” bölməsində, 24 saat xidmət göstərən çağrı mərkəzi ilə əlaqə saxlayaraq və yaxud birbaşa hava limanında qeydiyyat masasından əldə edə bilər.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET