preloader gif

5 ayda Azərbaycanda sığortaçıların sığorta haqları 7,2% artıb, ödənişləri – 1,6 DƏFƏ AZALIB

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:40 24.06.2022

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 426 milyon 637,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,2% çoxdur.

FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 318 milyon 65,4 min manat (artım 20,1%) və ya bazar üzrə bütün sığorta haqlarının 74,6%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 176 milyon 667,6 min manat (artım 29,4%), qeyri-həyat sığortası üzrə sığorta haqları 141 milyon 397,8 min manat (artım 10,2%) təşkil edib.

İcbari sığorta növləri üzrə sığorta haqları 108 milyon 572,4 min manat (azalma 18,5%) təşkil edib.

Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (75 milyon 804 min manat), həyatın yaşam sığortası (164 milyon 804 min manat) və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (39 milyon 332,5 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 65,6%-ni təmin edib.

Yanvar-may ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 129 milyon 32.7 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,6 dəfə azdır.

Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 90 milyon 598,5 min manat (azalma 1,7 dəfə) və ya bazar üzrə bütün ödənişlərin 70,2%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 50 milyon 798,2 min manat (azalma 2,3 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 39 milyon 800,3 min manat (artım 15,9%) məbləğində olub.

Yanvar-may aylarında icbari sığorta növləri üzrə ödənişlər 38 milyon 434,2 min manat (azalma 32,2%) təşkil edib.

Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (35 milyon 942,5 min manat), həyatın yaşam sığortası (49 milyon 286,6 min manat) və könüllü tibbi sığorta (31 milyon 436,6 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər.

Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 90,4%-ni təmin edib.

2022-ci ilin yanvar-may aylarında yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,3 dəfə azalıb.

May ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub. (İnterfaks-Azərbaycan)

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET