preloader gif

Azərbaycanda 13 sığorta şirkətinin ödənişləri - ARTIB

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:56 03.12.2021

Bu ilin yanvar-oktyabr aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 4-nün ödənişləri azalıb, 3 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat Sığorta” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkət 10 ay ərzində 322 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 14,5 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atasığorta" ASC-dır. Bu şirkətin ödənişləri 7,388 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Qala Həyat Sığorta" ASC-dədir. Bu şirkət 10 ay ərzində 2,396 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,4% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atəşgah Həyat Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 33,9% azalaraq 26,421 milyon manata düşüb. 

Mənbə: FED.az

SIĞORTANI İNDİ ƏLDƏ ET