preloader gif

ASA sığorta olimpiadası keçirdi


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
10:44 04.08.2021

Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən ASA Tədris Mərkəzində sığorta şirkətlərinin əməkdaşları üçün sığorta olimpiadası təşkil edilib.

ASA-dan verilən məlumata görə, olimpiadanın başlıca məqsədi sığorta şirkətlərinin əməkdaşlarının bilik və məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi və təlim ehtiyaclarının müəyyən edilməsi, eyni zamanda sığorta şirkətlərinin əməkdaşları arasında kommunikasiya gücləndirilməsindən ibarətdir.

Məlumatda bildirilir ki, olimpiadada ümumilikdə 40 nəfər iştirak edib. Həyat və qeyri-həyat sığortası mövzularını əhatə edən olimpiada ölkədə tətbiq edilən mövcud karantin qaydalarının şərtlərinə uyğun olaraq növbəli şəkildə və sosial məsafə qorunmaqla həyata keçirilib.

Olimpiadanın yekununda isə fərqlənən iştirakçılar mükafatlandırılıblar.

ASA-dan bildirilib ki, Assosiasiyanın strategiyasına uyğun olaraq bu kimi olimpiadalar gələcək dövrlərdə də davamlı olaraq təşkil ediləcək.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET