preloader gif

Mediatorlar üçün sosial və vergi ödənişləri müəyyənləşib

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
12:07 09.07.2021

Mediatorlar məcburi dövlət sosial sığortasına cəlb olunacaqlar.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə isə mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid ediləcək.

Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.

Mediatorlarla bağlı “Tibbi sığorta haqqında” qanuna da dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, mediatorlar icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Mənbə: Apa.az

SIĞORTANI İNDİ ƏLDƏ ET