Azərbaycan Sənaye Sığorta

Azərbaycan Sənaye Sığorta

star 3.0

building
Şirkət

Azərbaycan Sənaye Sığorta

user
Sədr

Əfəndiyev Orxan Oqtay oğlu

user
Lisenziya

000626

briefcase
Vöen

9900011151

map
Ünvan

Həsən Seyidbəyli küç.,122, “Gümüş Plaza” iş mərkəzi. Səbail r-nu,Bakı, Azərbaycan, AZ1001

sms
Elektron Ünvan [email protected]

Təsvir

“Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17 dekabr 1996-cı il tarixində təsis edilmiş “Cİ Sığorta” MMC-nin təşkilatı-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılmışdır və onu hüquqi varisidir.

2008-ci ilin sonunda müvafiq çıxarışa əsasən Cəmiyyətin təşkilatı-hüquqi forması dəyişdirilərək Açıq Səhmdar Cəmiyyət olmuşdur.

125 000 ABŞ dolları həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən Cəmiyyətin nizamnamə kapitalı 24 may 2010-cu il tarixində 4 000 000 manata çatdırılmışdır.

28 iyun 2012–ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə əsasən “Azərbaycan Sənaye Sığorta” ASC-yə icbari sığorta növləri üzrə fəaliyyət göstərilməsinə icazə verilmişdir. Beləliklə Cəmiyyət İcbari Sığorta Bürosunun üzvlüyünə qəbul edilmişdir.

12 dekabr 2012-ci il tarixində Cəmiyyətin nizamnamə kapitalı artaraq 8 160 000 manata çatdırılmışdır.

29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərən “Azərbaycan Sənaye Sığorta” ASC-nin, Səhmlərinin 75% “Anadolu İnvestment Kompani”MMC-yə, 25%-i isə Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Hazırda Cəmiyyət 30-a yaxın nümayəndəlik və satış mərkəzləri ilə geniş bir əhatədə müştərilərinə operativ xidmət göstərməkdədir.

2014-cü ildən Azərbaycan Respublikası Prezidenti Yanında Vətandaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) ilə cəmiyyət arasında tərəfdaşlıq müqaviləsi imzalanaraq, əlaqədar agentlik vasitəsi ilə fiziki və hüquqi şəxslərə sığorta məhsullarının satışı təmin edilməkdədir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 02 aprel 2012-ci il tarixində sığorta fəaliyyəti, 28 fevral 2014-cü il tarixində isə təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya verilmişdir.

26 dekabr 2014-cü il tarixində Cəmiyyətin nizamnamə kapitalı kеçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına artaraq 11 000 000 manata çatdırılmış, həmçinin ingilis dilində tam rəsmi adı dəyişdirilərək “Azerbaijan Industrial Insurance”OJSC olmuşdur.

Azərbaycan Sənaye Sığorta ASC 2016-cı ildə iki beynəlxalq mükafata layiq görülüb, Global Brands Magazine tərəfindən “Best non-life insurance company-Azerbaijan 2016” və Finans Digest Magazine tərəfindən "Brand of Business Excellence-Azerbaijan 2016”.

2017-ci ilin fevral ayında Azərbaycan Sənaye Sığorta ASC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyorluğu statusu" əldə edib

Şirkət rəyləri

Mövzu: Şikayyət

star +1

Yazıb sizə bildirirəm ki. Mən Bağırov Telman Elman oğlu dövlət qeydiyyat nişanı 99-ML-924 Daewoo Gentra avtomobilimlə qəza etmişdim və sığortanın heç qiymətləndirmə olmasını gözləmədən avtomobilin dərhal təmir edilməsinə razılıq vermişdim. Sizin təyin etdiyiniz Ziya Bünyadovda (Kepa) avtoservisdən çox narazı qaldığımı bildirirəm saymaqla bitməyən avtomobilin üzərində necə gəldi iş görülüb əlavə olaraq bir neçə detal təmir edilməyib sizdən ekspert təyin olunmasını xahiş etdim ekspertiniz zəng vasitəsi ilə (Kepa) avto servisə mənim narazılığımı məlumat versədə 1 neçə gün sonra avtomobili yenə nasaz vəziyyətdə götürdüm. Diqqətiniz üçün təşəkkür edirəm.

Status : Təsdiqlənib

date

05:08 13.12.2024

Mövzu: Maşinimi bu sğortaanin maşini arğadan vurub ve meni günahkar edirler arxadan

star +1

Cox pis sığorta şirkətidir bu sığortan maşini arğadan vurub maşinimi zencir Vari qezada günahkar meni edirler buda teze temadi yaxşi men qabaxdakini vurmuşam bu neye göre gelib meni vurur bu sğortayla iş görməyin bir sözle

Status : Təsdiqlənməyib

date

06:36 28.09.2021

Mövzu: E

star +1

Cox keyfiyyetsiz sigortadi. 1 aydi masinim vurulub pulumu ala bilmirem. Operatorlar zende cabab vermir. Qanuna gore 21 iş günü erzinde maşın hazır olmalı idi amma)))) demekki sizin ucun Azerbaycan Reapublikasinin qanunlari hecdir. Mecbur mehkemede goruşəcəyik

Status : Təsdiqlənməyib

date

10:44 20.11.2020

Mövzu: Icbari sigorta

star +3

Cox keyfiyetli iw goruler bir nece masinim orda sigortalidi tewekkurumu bildirirem Her zaman arxamda durdugunuz ucun...

Status : Təsdiqlənib

date

11:24 30.11.2018