preloader gif

İcbari Sığorta Bürosunda təyinatlar olub


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

12:44 01.04.2019

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilik Şurasının üzvü olan “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova Şuranın sədr müavini təyin edilib. O, bu vəzifədə "Atəşgah Sığorta" ASC-nin İdarə Heyəti sədrinin müşaviri olan Tələt Səfərovu əvəz edib. Ülviyyə Cabbarovanın yerinə isə “Xalq Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Mətanət Nərimanlı təyin olunub.

Bundan başqa, Büronun Himayəçilik Şurasına bugünkü tarixə qədər sədrlik edən “AXA Mbask” Sığorta Şirkəti ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Lana Gözəlova vəzifəsindən azad edilib. Onun yerinə “Atəşgah Sığorta" ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev təyin edilib. 

#icbarisigorta #icbari #icbariavtomobil #icbarimasin #sigorta @insureaz