preloader gif

İcbari Tibbi Sığorta Dövlət Agentliyi auditor seçir


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri,icbari tibbi sigorta, TƏBİB, icbari tibbi sığorta, Tebib
14:45 20.08.2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi xidmətləri üçün təkliflər sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 7-si, saat 16:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küç, 170 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 310-07-70 faks nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi — Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 3 000-ə yaxın müxtəlif tibbi xidmət daxildir. Xidmətlər Zərfi ilə ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator və stasionar tibbi yardım üzrə xidmətlər, habelə laboratoriya, fizioterapiya, və invaziv radiologiya xidmətləri təminata alınıb.

\Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Hazırda ölkə əhalisinə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər göstərilir.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET