“İcbari tibbi sığortanın xidmətlər zərfinin təkmilləşməsi üzərində iş gedir”.
APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva bildirib.
Onun sözlərinə görə, xəstəliklərin beynəlxalq təsnifatı təsdiq ediləcək: “Bu təsnifat təsdiqləndikdən sonra icbari tibbi sığortanın da xidmətlər zərfi yenilənəcək. Vətəndaşların da hansısa xəstəliklə bağlı təklifləri varsa, Agentliyə müraciət edə bilərlər”.
Mənbə: Apa.az