İstifadə şərtləri

  1. 1-ci addım olaraq, sığortalamaq istədiyiniz avtomobilin dövlət qeydiyyat nişanını (DQN) müvafiq xanaya daxil edin. Sistem, bu avtomobilə aid son qeydiyyat məlumatlarını İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində axtarış edəcək. Əyər, sistemdə bu DQN ilə bir neçə avtomobil tapılarsa, avtomobilinizin ban (və ya şassi) nömrəsini müvafiq xanaya daxil edin. Axtarış nəticə verməsə, və ya tapılmış avtomobilin marka/modeli yanlış olarsa sayt administratoru ilə əlaqə üçün sizə rahat olan müraciət növünü seçin.
  2. 2-ci addım olaraq, şəxsiyyət vəsiqənizin FİN kodu və seriya nömrəsini müvafiq xanaya daxil edin. Sistem, sizə aid məlumatları İSB-nin informasiya sistemindən axtarış edəcək. Bazadan tapılan mobil nömrədə dəyişiklik etmək istədikdə, düzəliş et düyməsini basıb, yeni nömrə daxil edin.
    Qeyd: Fərdi Məlumatlar Haqqında AR Qanununun tələblərinə əsasən, bir şəxsiyyət vəsiqəsi məlumatları ilə 7 gün ərzində sizə aid yalnız 1 avtomobil sığorta edilə bilər. Bir şəxsiyyət vəsiqəsi ilə sizə aid bir neçə avtomobil sığorta etmək istədikdə, sayt administratoru ilə əlaqə yaradın.
  3. 3-cü addım olaraq, sığortalanmaq istədiyiniz şirkəti Sığorta Şirkətləri sırasından seçin. Seçim edərkən saytımızın reytinq, səsvermə, rəy, və digər bölümlərindəki məlumatlardan faydalana bilərsiniz. Sığorta Şirkətlərinin adlarının önündə avtomobilinizə aid görsənən sığorta haqları, daxil etdiyiniz şəxsiyyət vəsiqəsi məlumatlarınıza əsasən, bonus-malus sisteminə uyğun olaraq İSB tərəfindən hesablanır.
  4. 4-ci addım olaraq, hesablanmış olan sığorta haqqını istəyinizə uyğun olaraq ya bank kartı məlumatlarınızı müvafiq xanalara dolduraraq ödəyirsiniz, ya da ekranda gördüyünüz və mobil telefonunuza sms olaraq daxil olan ödəniş kodunu ödəniş terminallarında müvafiq xanalara dolduraraq ödəyirsiniz.

Qeyd:

  • Ödəniş etdiyiniz andan etibarən sığorta müqaviləniz qüvvəyə minmiş olur. Bunun təsdiqi olaraq mobil telefonunuza müqavilənin nömrəsi sms olaraq göndərilir və müqavilənin elektron forması ekrana gəlir.
  • Müqavilənizin elektron formasını istənilən vaxt görmək, həmçinin çap etmək, kompüterinizə yükləmək, whatsapp-a və ya elektron ünvana göndərmək üçün, şəxsi kabinetinizə daxil ola bilərsiniz. Bunun üçün, sığota şəhadsətnaməsində qeyd olunan mobil nömrənizi və sms-lə gələn şifrənizi saytın şəxsi kabinet bölməsində müvafiq xanalara qeyd edirsiz və daxil olursunuz. Şifrəniz olmadığı və ya unutduğunuz təqdirdə “şifrəni bilmirəm” funksiyasından yararlana bilərsiniz.